“Kreml Ankaraya qarşı istənilən addımı ata bilər” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Kreml Ankaraya qarşı istənilən addımı ata bilər” – ARA QARIŞIR

“Kreml Ankaraya qarşı istənilən addımı ata bilər”


Təyyarə insidenti Türkiyə-Rusiya münasibətlərinin gərginlik potensialını artıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı hadisəni şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Kreml mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər:

“Suriya böhranı ətrafında ta əvvəldən iki ölkə tərs-mütənasib yanaşma sərgiləyirdi. Moskva İŞİD-ə qarşı hərbi əməliyyatlara başladıqdan sonra iki ölkə arasındakı anlaşılmazlıqlar bir qədər də dərinləşdi. Moskva Ankaranı İŞİD-lə əlaqələrdə günahlandıraraq bildirir ki, Davudoğlu hökuməti məxfi şəkildə şəriətçilərə maliyyə, silah-sursat və logistik dəstək göstərir. Təbii ki, Ankara bu kimi ittihamları rədd edir. Buna baxmayaraq, həm də Qərb mənbələri Türkiyə ilə Səudiyyə Ərəbistanı və Qətərin ikibaşlı oyun oynamasına işarə edirlər. Məhz İŞİD-in güclü müqavimət potensialına malik olması bölgə dövlətlərinin “İslam dövləti”ndən öz xeyirləri üçün yararlanma anlamına gəlir ki, bu kontekstdə bəzi güc mərkəzlərinin Türkiyəyə iddiaları artır. Sırf texniki baxımdan vurulmuş təyyarə Suriyanın hava hüdudlarını tərk etməyibsə, onda Moskva Ankaraya qarşı tədbir görməyi vacib sayacaq. Çünki Kremlin ABŞ qarşısında öz planı var və Putin administrasiyası bildirir ki, o da Amerika səviyyəsində olan fövqəlgücdür və mövqelərini qorumaq istiqamətində istənilən addımı ata bilər”.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *