Şok: Türkiyənin İraq planına gizli dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Şok: Türkiyənin İraq planına gizli dəstək

Şok: Türkiyənin İraq planına gizli dəstək


Türkiyə bölgə siyasətini bir qədər tələsdirməklə özünü çətin duruma salır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, görünür, Türkiyənin İraqa girməsindəbəzi xarici qüvvələr müəmmalı dəstək göstərirlər:

“Məsələ ondadır ki, bölgədə vəziyyət onsuzda ağırdır və bir neçə gərginlik vektorları ağrılı nöqtədə kəsişir. Bunun müqabilində Türkiyənin son hərəkətləri həm say etibarilə gərginlik tendensiyalarını artırır, həm də Ankaranın vəziyyətini daha da çətinləşdirir. Sentyabrın sonlarından ikinci koalisiya prosesə qatıldıqdan sonra vəziyyət xeyli dolaşdı. Amerika dərhal bildirdi ki, Rusiyanın təşəbbüslərinə şərik olmayacaq. Buna görə də ikinci koalisiya tez bir zamanda formalaşmağa başladı. Məhz rəqabət səbəbindən Moskva Bağdadda Dördlüyün koordinasiya qərargahını təsis edib, dünyaya bəyan etdi ki, artıq Rusiya, Suriya, İraq və İran bir növ tamhüquqlu hərbi düşərgə kimi İŞİD-ə qarşı savaşa qatılır.Əlbəttə ki, belə gedişat Ankaranın da iştrakını bir qədər məhdudlaşdırdı. Rusiya təyyarəsinin vurulması isə qarşıdurma meyillərini son dərəcə gərginləşdirdi. Maraq doğuran odur ki, Qərb koalisiyası və onun bəzi iştrakçıları da Türkiyəyə tam dəstək vermək istəmir.Nəticədə NATO Ankaraya hava qüvvələrindən istifadədə məhdudiyyətlər tövsiyə etdi. Son olaraq Türkiyəbatalyonu ilə tanklarının Mosul ətrafında yerləşdirilməsi həm Bağdadda, həm də onunla müttəfiqliyə girmiş Moskva ilə Tehranda qıcıq doğurdu”.

Politoloqun sözlərinə görə, Türkiyə hazırda ikinci koalisiya tərəfindən arzuolunmaz oyunçu kimi qəbul olunur:

“Belə vəziyyət Türkiyə diplomatiyasının boşluqlara yol verməsinə işarə edir. Artıq Ankara İraqa qüvvə yeritməyəcəyi barədə bəyanat verib. Bu, müəyyən mənada geriçəkilməyə bənzəyir. Belə şəraitdəproseslərə ara vermək lazımdır. Çünki Türkiyənin NATO qarşısında öhdəlikləri var və hərbi-siyasi blok Ankaraya açıq da olmasa, pərdəarxası xəbərdarlıqlar edib.Çox güman ki, ölkənin yeni kabineti ən yaxın zamanda öz bölgə siyasətinə ciddi korrektələr etməli olacaq ki, mövqeləri zəifləməsin. Bu, həm də ona görə vacibdir ki, NATO dəhlizlərində Türkiyəni başağrı kimi qəbul etməsinlər və həm də onu “özfəaliyyət gedişləri” edən tərəf kimi qiymətləndirməsinlər”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *