Türkiyə sahilərində altı qaçqın uşaq boğularaq ölüb
Türkiyə sahillərində fırtına zamanı əfqan qaçqınlarını daşıyan qayıq çevrilib.
Oxu.Az The Telegraph-a istinadən xəbər verir ki, hadisə Türkiyənin qərbində Çeşme şəhərində baş verib.
İnsident zamanı biri körpə olmaqla, altı uşaq suda boğularaq ölüb.
Sahil mühafizəsi xidməti 8 nəfəri xilas edə bilib, daha iki nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, qaçqınlar Yunanıstanın Xios (Chios) adasına gedirdilər.
Mənbə:> Oxu.Az