ABŞ-da üç yaşlı uşaq körpəni öldürdü
Amerikanın Klivlend şəhərində üç yaşlı uşaq təsadüfən 1 yaşlı körpəyə atəş açıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, yaralanmış körpə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşaqların qardaş olması barədə məlumat yoxdur.
Polisin məlumatına əsasən, faciəvi insident zamanı evdə daha bir neçə uşaq və bir böyük olub.
Silahı nəzarətsiz qoymuş şəxsə qarşı ittihamlar irəli sürüləcək.
Mənbə:> Oxu.az