Zooparkda vahiməli anlar: uşaq vəhşi heyvanın qəfəsinə yıxıldı » AzNews.info -Xəbər portalı

Zooparkda vahiməli anlar: uşaq vəhşi heyvanın qəfəsinə yıxıldı – VİDEO

Zooparkda vahiməli anlar: uşaq vəhşi heyvanın qəfəsinə yıxıldı


Amerika Birləşmiş Ştatlarında Klivlend heyvanxanasında dəhşət dolu anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, iki yaşlı uşaq bəbirin olduğu qəfəsə düşüb. Bu haqda zoopark əməkdaşları özləri bildiriblər.

Lakin uşağın valideynləri təcili tibbi yardım gələnə qədər körpəni hasara alınmış meydançadan çıxara biliblər. Məlumatda həmçinin bildirilib ki, bəbirin uşağa hücum etmək niyyəti yox imiş.

Qəfəsdən çıxarılan uşaq təcili tibbi yardım gələndən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, uşaq yıxılan zaman ayağı zədələnib. Körpə müayinədən və ilkin tibbi yardım alandan sonra növbəti gün evinə buraxılıb.

Qeyd edək ki, bir neçə il əvvəl də buna bənzər hadisə baş vermişdi. Qorillaların qəfəsinə yıxılan uşaq zədələrdə huşunu itirmiş, xilasedicilərin və zoopark işçilərinin köməyilə xilas edilmişdi. Zooparkdakılardan biri isə həmin hadisəni videoya çəkərək paylaşmışdı.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *