Metroda həyəcan yaşandı
Bakı metrosunun “Azadlıq” stansiyasında orta yaşlı kişi huşunu itirib.
ANS TV-nin məlumatına görə, Metropoliten işçiləri və ətrafdakılar huşunu itirən şəxsə yardım göstəriblər. Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Huşunu itirən şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o ayılıb.
Huşunu itirən kişinin kimliyi hələ ki bəlli deyil.
Mənbə:> ANSPRESS