Kor qızın gözü başına dəyən zərbə ilə açıldı » AzNews.info -Xəbər portalı

Kor qızın gözü başına dəyən zərbə ilə açıldı

Kor qızın gözü başına dəyən zərbə ilə açıldı


Beynində olan problem səbəbindən 11 yaşında görmə qabiliyyətini itirən yeni zelandiyalı qızın gözü başına dəyən zərbədən sonra 13 il sonra açılıb. ANS PRESS-in məlumatına görə bələdçisi olan iti öpmək üçün əyilən Lisa Ridin başı stolun küncünə dəyib. Bu zərbə ilə huşunu itirən qız, bir də ertəsi gün səhər oyanıb və korluğundan əsər qalmadığını görüb.

Rid, gözü açıldIqdan sonra özünü tanıya bilmədiyini deyib:

“Anamı görən kimi, eyni qalmısan, heç dəyişilməmisən. Bir az yaşlanmısan – dedim. Özümə və qardaşıma baxanda isə gördüm ki, mən artıq qadın olmuşam, qardaşım isə gənc bir kişi”.

Hazırda 38 yaşı olduğunu deyən Lisa Rid bütün bunların 2000-ci ildə baş verdiyini deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *