“Azərbaycandan Türkiyəyə qardaş endirimi...” – 40 FAİZ
Türkiyə və Rusiya arasında yaşanan böhranda Azərbaycanın Türkiyəyə dəstək göstərməsi “Twitter”sosial şəbəkəsində əsas müzakirə mövzusuna çevrilib.
AzNews.info musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Kayseridə keçirilən konfransda bu barədə danışıb.
Mustafa Elitaş deyib ki, Türkiyə ilə Rusiya arasındakı gərginlik başlayan andan Azərbaycan dostluğunu, qardaşlığını göstərib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Türkiyə yük maşınlarına tətbiq etdiyi qadağadan sonra sərhəddə qalan 300 yük maşınının təhlükəsiz hərəkətini təmin edib.
Nazir onu da deyib ki, Azərbaycan nəqliyyat rüsumlarını da 40 faiz endirib və yeni qaydalar ən yaxın zamanda tətbiq olunacaq: “Viza problemləri var idi. Onlar da düzələcək”.
Nazirin bu açıqlamasından sonra Türkiyə mətbuatı və sosial şəbəkələr Azərbaycanın onlara 40 faiz endirim etməsindən yazıb.
"Twitter"də "Azərbaycandan Türkiyəyə" haştaqı günün mövzusuna çevrilib.
Bəzi tvitləri təqdim edirik:
“Azərbaycandan Türkiyəyə təbii qaza 40 faiz endirim edildi. Qardaşlıq və soydaşlıq budur. Bu çətin günlərimizdə yaxşı ki, yanımızdasınız”.
“Rusiya krizindən sonra Azərbaycandan Türkiyəyə qardaş endirimi...”
“Heç kim boş yerə demir ki, türkün türkdən baska dostu yoxdur”.
“Sən fransızı, ingilisi, rusu, ərəbi sevərsən, pis vaxtında Azərbaycan köməyinə gələr...”
“Qardaş dediyin belə olar. Artıq Putin düşünsün...”
Mənbə:> Musavat.com