Putinin sevgilisi Allahdan danışdı – FOTO
Rusiya Dövlət Dumasının keçmiş deputatı, tanınmış gimnast Alina Kabayeva onu qoruyan yuxarı gücdən danışıb.
ANS PRESS-in məlumatına görə, Kabayeva "haradasa yuxarıda bizi izləyən və bəzən hadisələrin gedişinə qarışan böyük gücün” mövcudluğuna əmin olduğunu bildirib.
2004-cü il Afinada olimpiya çempionu olan Alina həyatının əsas idman müvəffəqiyyəti ərəfəsində pravoslavlığı qəbul edib. "Mən bir neçə dua bilirəm. Və, ola bilər siz təəccüblənəcəksiniz, Bibliyanı tez-tez açıram. Bu sağlamlığı çox sakitləşdirir. Burda çox şey öyrənmək olar. Oxuyursan və düşünürsən: budur vəziyyət tamamilə səndə olduğu kimidir!",- deyə Alina bıldirib.
İdmançı qeyd edib ki, "haradasa yuxarıda bizi izləyən və bəzən hadisələrin gedişinə qarışan güclü gücün” mövcudluğuna tamamilə dəqiq əmindir. Belə bir hadisə 2003-cü il Budapeştdə dünya çempionatında ona rast gəlib. Həmin vaxt Kabayeva dördqat qalib olub. "Düşünürəm, Allahın köməyi olmadan bu alınmazdı", - deyə Alina vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin və Alina Kabayeva-tanınmış rusiyalı gimnast
Xatırladaq ki, 32 yaşlı Alina Kabayeva idman karyerasını rəsmən 2007-ci ildə qurtarıb. O, gimnastika üzrə Olimpiya çempionu olmağla yanaşı 9 dəfə dünya çempionu və 15 dəfə Avropa çempionu olub.
2013-cü ildə Amerikanın “New York Post” qəzeti Alina Kabayevanın Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu barədə məlumat yayıb. Qəzet həmçinin Alina Kabayevanın qızının atasının Rusiya lideri olduğunu bildirib. Məlumata görə, Alina Kabayevanın qızı 2012-ci ilin noyabrında dünyaya gəlib. Bundan sonra Vladimir Putin Olimpiya çempionunu və iki övladını Soçidə Qara dəniz sahilindəki saraya köçürüb. Saray əvvəllər çarların iqamətgahı olub.
Mənbə:> ANSPRESS