Rusiya Türkiyəyə iqtisadi zərbə hazırlayır
Rusiya vurulan Su-24 təyyarəsinə cavab olaraq Türkiyəyə qarşı məhdudlaşdırıcı iqtisadi tədbirlər həyata keçirəcək.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu tədbirlər “Türk axını”, AES tikintisini, aviadaşınmalar və ərzaq təchizatına təsir göstərəcək.
Xatırladaq ki, noyabrın 24-də Rusiyaya məxsus Su-24 bombardmançı Türkiyənin Suriya ilə sərhədində “hava-hava” tipli F16 qırıcıları tərəfindən vurulub.
Mənbə:> Oxu.Az