Azərbaycan və Rusiya birgə təlim keçirəcək
Rusiya Xəzər Dəniz Donanması 2016-cı ildə Azərbaycan və Qazaxıstanın iştirakı ilə hərbi-dəniz təlimləri keçirəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.
“2016-cı ildə Xəzər Dəniz Donanmasının dənizçiləri üçün prioritet Rusiya Hərbi Dəniz Donanmasının rəhbərlik edəcəyi Qazaxıstan-Azərbaycan-Rusiya üçtərəfli beynəlxalq hərbi-dəniz təlimləri olacaq.
Ümumilikdə isə 20-yə yaxın müxtəlif növ təlimlərin keçirilməsi planlaşdırılıb”, - mətbuat xidmətindən bildirilib.
Mənbə:> Oxu.Az