KİV: Rusiya Suriyada ilk dəfə tanklardan istifadə etdi – FOTO
Rusiya quru qoşunları T-90 tanklarının və Su-25M hücum təyyarələrinin dəstəyi ilə Suriyada prezident Bəşər Əsədin rəqiblərinin mövqelərinə hücum edib, Küveytin “Al-Rai” qəzeti Suriyanın yüksək vəzifəli mənbəsinə istinadən yazır, Oxu.Az Rosbalt-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, beş saatlıq döyüş nəticəsində Rusiyanın quru qoşunları İdlib və Latakiya əyalətləri arasındakı strateji yüksəkliyi ələ keçiriblər.
“Əməliyyatda aviabombardmançılar ilə kompleksdə 130 millimetrlik artilleriya silahı tətbiq edilib. Bu manevrlər əsgərlər üçün Suriyada terrorçular ilə mübarizəyə hazırlıq vəziyyətinin yoxlaması olub.
Rusiya hərbçilərinin sözlərinə görə, Suriya ordusu yalnız lojistik məsələləri təmin edirdi, döyüşlərdə birbaşa iştirak etmirdi”, - mənbə qeyd edib.
O, həmçinin Rusiya hərbçilərinin düşməndən fərqli olaraq itki vermədiklərini də qeyd edib.
Mənbə:> Oxu.Az