Rus əsgərləri Suriyada döyüşürlər? – FOTO
Sosial şəbəkələrdə yerləşdirilmiş fotolara əsasən rus hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak etdiyini söyləmək olar.
Oxu.Az xəbər verir ki, internetdə yayılan məlumatlara görə, əvvələr yalnız hərbi təlimatçı və mütəxəssislərlə birgə Bəşər Əsədin ordusuna yardım edən Rusiya hazırda Suriyada bütöv bölmələrlə müharibədə iştirak edir.
Təqdim olunan şəkillərdə rusiyalı hərbçilər hazırda qiyamçılar, İŞİD qüvvələri və hökumət qoşunları arasında gərgin döyüşlərin getdiyi Latakiya, Ayn əs-Soda, Xama və Homs şəhərlərində görüntüləniblər.
Mənbə:> Oxu.Az