Gülər Əhmədovanın ofisi boşaldıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Gülər Əhmədovanın ofisi boşaldıldı

Gülər Əhmədovanın ofisi boşaldıldı


Sabiq millət vəkili Gülər Əhmədovanın “Hökumət evi”də yerləşən qəzetinin (Mərkəz) ofisi əlindən alınıb.

Məlumata görə, “Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib. Belə ki, G. Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin “Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabinet Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.

Bu günlərdə G. Əhmədova da “Hökumət Evi”nə gedərək onun iştirakı ilə həmin otaqlarda “Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi çıxardılıb.

Xatırladaq ki, “Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin “Hökumət Evi”ndəki ofisləri saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.

Qeyd edək ki, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumatı təkzib edib:

"Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxartsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam"

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *