Nuriyyə Əhmədovanın yas mərasimi üçün pul tapılmır – FOTO
“Nuriyyə Əhmədovanın yas mərasimi üçün pul tapılmır”.
Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Elnur Kərimov Facebook hesabında yazıb:
“Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı, yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə, axı, bu cür münasibət? Allah kömək olsun. İnşallah, kömək edən tapılar”.
Xatırladaq ki, Nuriyyə Əhmədova oktyabrın 10-da ürək çatışmazlığından vəfat edib.
Mənbə:> Oxu.Az - Aytən Sadıqzadə