Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq

Nazirdən Nuriyyə Əhmədovanın yası ilə bağlı tapşırıq


Oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün ailə üzvlərinin pul tapa bilməməsi xəbərinə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya gəlib.

Oxu.Az-ın məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, məsələ nazir Əbülfəs Qarayevin nəzarətindədir:

“Məsələ ilə bağlı cənab nazirin tapşırığına əsasən, “Azərbaycanfilm” kinostudiyası tərəfindən Nuriyyə xanımın ailəsinə maddi kömək göstəriləcək. Bir daha onun yaxınlarına, pərəstişkarlarına başsağlığı verir, Nuriyyə xanıma Allahdan rəhmət diləyirik”.

Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə yazmışdı:

“Çox acınacaqlı vəziyyət yaranıb. Xalq artistinin yasını etmək üçün pul yoxdur. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə axı bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *