İtaliyadan İŞİD-lə bağlı son qərar: "Qoşulmuruq"
İtaliya Suriyada hərbi əməliyyatlara qoşulmayacaq.
Axar.az xəbər verir ki, bunu İtaliya Müdafiə naziri Roberto Pinotti Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin toplantısında deyib.
“İtaliya da İraqda İŞİD-ə qarşı ön cəbhədə döyüşən ölkələrdən biri olub. Suriyada koalisiyaya qoşulacağımızı güman etmirəm. Lakin İraqdakı döyüşçü sayını 500-dən 750-yə qaldırmağa hazırlaşırıq”, - deyə nazir əlavə edib.
Mənbə:> Axar.az