Kanada İŞİD-i bombaladı
Kanada Hərbi-Hava Qüvvələri (HHQ) Suriyada İŞİD terror qruplaşmasının mövqelərini bombalamağa başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Agence France-Presse” tvitter səhifəsində yazıb.
Xəbərdə bildirilir ki, Kanada bombardmançıları Raqqa şəhəri yaxınlığındakı İŞİD mövqelərindən ikisini hücum zərbələrinə məruz qoyub. Bu haqda AFP-yə ordu nümayəndələrindən biri xəbər verib.
Bundan əvvəl İraqdakı İŞİD mövqelərini də vuran Kanada HHQ orada dəfələrlə müxtəlif əməliyyatlarda iştirak edib.
Qeyd edək ki, ötən ay Kanadanın Baş naziri Stiven Harper Yaxın Şərqin bəlasına çevrilən terrorçularla mübarizə mövzusundan danışarkən İŞİD-ə havadan hücum həyata keçirəcəklərini bəyan etmişdi.
Mənbə:> ANSPRESS