ABŞ Tikriti bombaladı
Amerika Birləşmiş Ştatları (ABŞ) Tikritdəki İŞİD yaraqlılarına qarşı hərbi-hava əməliyyatı aparılması barədə əmr verib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılığı ilə həyata keçirilən anti-İŞİD koalisiyasının təyyarələri Səddam Hüseynin şəhəri kimi tanınan Tikritdəki İŞİD mövqelərinə havadan zərbələr endirməyə başlayıb. Bu barədə Associated Press (AP) xəbər yayıb.
Xəbərdə bildirilir ki, hava hücumlarının edilməsi ilə bağlı Bağdaddan kömək istəyi gəlib. ABŞ isə bu vaxta qədər kəşfiyyat xarakterli uçuşlar həyata keçirsə də, əməliyyatlara müdaxilə etməmişdi.
ABŞ təyayrələrinin şəhərdəki İŞİD mövqelərini bombardaman etməsi, şəhərdə partlayış səslərinin gəlməsi xəbərləri yayılsa da, hələlik rəsmi Vaşinqton bunu təsdiqləməyib.
Mənbə:> ANSPRESS