Əsəd: Fransadakı hadisələr Suriyada 5 ildir baş verir
Suriya Prezidenti Bəşşar Əsəd Fransa deputatları ilə görüşündə Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, B.Əsəd qeyd edib ki, bu hadisələr Suriya ərazisində artıq beş ildir ki baş verir:
“Ötən gün Fransada beş ildir Suriyada baş verən hadisələr yaşandı”.
Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 150 nəfərədək şəxs həlak olub.
Mənbə:> Oxu.Az