Terrorçular Əsəd ordusunun 56 əsgərini edam etdilər
Terrorçular Suriya ordusunun 56 əsgərini edam ediblər.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, kütləvi edam Suriyanın İdlib vilayətində Əbu-əd-Duxur aeorodromunun ərazisində baş verib.
Məlumatı Suriya İnsan Haqları Mərkəzi də təsdiq edib.
“Biz bu məlumatı təsdiq edə bilərik, bizdə şahidlər və şəkillər var”, - mərkəzin rəhbəri Rami Abduraxman bildirib.
O qeyd edib ki, hadisə bir neçə gün əvvəl baş verib.
Mənbə:> Oxu.Az