Əsəd ailəsi içdən parçalanmağa başladı
Ölkəsində sabitlik yarada bilməyən Suriya prezidenti Bəşər Əsəd indi də ailə daxili münaqişə ilə üz-üzə qalıb. Əmisi oğlu Süleyman Hilan Əsədin Suriya ordusunun hərbçisi Həsən Şeyini öldürməsi Əsəd ailəsini bir-birinə vurub.
ANS PRESS-in məlumatına görə, Lazkiyə şəhərində baş verən hadisədən sonra bir qrup insan onun edam edilməsi tələbi ilə aksiya keçiriblər.
Oğlunun edam olunmasından qorxan ana Fatma Məsud Əsəd "əgər oğlum edam olnunarsa, hər şeyi açıb deyəcəm" kimi təhdidlərlə Əsad ailəsini qorxuya salıb.
Fatma Məsud sözlərinə görə, Əsəd ailəsinin içərisində adam öldürmədə, təcavüzdə və xəyanətdə ittiham olnunan şəxslər var. O, sosial şəbəkələrdə paylaşdığı şəkillərdə öz həyat yoldaşının da orduda öldüyünü xatırladıb.
Açıqlamanı verdikdən sonra telefonunu söndürüb yoxa çıxan Fatma Məsud Əsədin bu təhdidləri Əsəd ailəsinin içərisində qarışıqlıq yaradıb. Lazkiyə əhalisinin edam tələbindən sonra isə ailə üzvlərindən heç kimin çölə çıxmasına icazə verilmir.
Vəziyyəti normallaşdırmaq üçün ailə məclisi toplanıb və ən düzgün qərarın verilməsi üçün müzakirələr aparılıb. Ancaq ailə daxilində fikir ayrılığının olduğu haqda məlumatlar yayılıb. Belə ki, üzvlərdən bəziləri qatilin edamının tərəfdarı olsalar da, digərləri bunun əleyhinədir.
Bundan başqa hərbçinin mənsub olduğu Nusayri mənsəbi də Əsəd ailəsinə qarşı çıxıb. Fəallar şəhər sakinlərinə müraciət edərək bildiriblər ki, orduda xidmətdən imtina edib etirazılara qoşulsunlar.
Əsəd ailəsinin 20 ildən çoxdur ki idarə etdiyi Suriyada 2011 ci ildən bəri davam edən vətəndaş müharibəsi nəticəsində yüz minlərlə insan ölüb. Milyonlarla Suriya vətəndaşı qonşu ölkələrdə qaçqın həyatı yaşayır. Ölkə hazırda İŞİD, PKK və Əl-Nusrə kimi təhlükəli terror təşkilatlarının döyüş meydanına çevrilib.
Mənbə:> ANSPRESS