Suriyada döyüşmüş azərbaycanlı: Bizi Bəşər Əsəd bağışlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Dünya

Suriyada döyüşmüş azərbaycanlı: Bizi Bəşər Əsəd bağışlayıb

Suriyada döyüşmüş azərbaycanlı: Bizi Bəşər Əsəd bağışlayıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzNews.info xəbər verir ki, Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, məhkəmə iclasına hakim Ramella Allahverdiyeva sədrlik edib.

Prosesdə hakim məhkəmə istintaqın yekunlaşması ilə bağlı dövlət ittihamçısının və vəkillərin münasibətini soruşdu.

Təqsirləndirilən Vasif Hacıyevin vəkili Şəms Eyyubovanın poçt vasitəsilə məhkəməyə vəsatət və sənədlər göndərməsi məlum oldu. Vəkil müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmaması ilə bağlı bir sıra sənədlər, o cümlədən Suriya Ərəb Respublikanın prezidenti Bəşər Əsədin 400-dən çox əcnəbi vətəndaşı əfv etməsi ilə bağlı sərəncamı da məhkəməyə təqdim etdi.

Hakim bildirdi ki, vəkilin məhkəməyə vəsatət şəkilində təqdim etdiyi bu sənədlər qiymətləndirici xarakter daşıyır.

Daha sonra Vilayət Həsənlinin ailə üzvlərinin yeni vəkillə müqavilə bağlaması üzə çıxdı. Yeni təyin olunan vəkil orderi məhkəməyə təqdim etdi.

Vilayət Həsənli vəkili qəbul etmədiyini dedi:

“Məhkəmənin əvvəlində də demişəm, indi də deyirəm. Mən sizin qanunları qəbul etmirəm. Mən Allahın buyuyrduğu qanunlarla yaşayıram. Ümumiyyətlə, sizin heç nəyinizi qəbul etmirəm”.

Vasif Hacıyevin vəkili Şəms Eyyubova bildirdi ki, Bəşər Əsədin əfv sərəncamı verməsi ilə bağlı məhkəmə rəsmi sorğu ilə cavab verilməsi vacibdir. Onun sözlərinə görə, həmin sənədləri Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəsilə əldə etmək mümkündür.

Hakim bildirdi ki, vəkilin sorğu vermək və sorğuya cavab alması qanunla müəyyən edilib: “Müdafiəçi kimi sorğu göndərin və aldığınız cavabı məhkəməyə təqdim edin”.

Hakim Ramella Allahverdiyeva çıxış edərək bir həftə müddətə fasilə elan etdiklərini, həmin müddət ərzində həm dövlət ittihamçısı və vəkillərin müdafiə çıxışlarına hazır olmasını istədi.

Məhkəmə prosesi mayın 7-də davam edəcək.

Onu da bildirək ki, təqsirləndirilən şəxslər məhkəmə prosesinin ilk günündən İslam dini qanunlarından başqa heç bir qanun qarşısında mühakimə olunmayacaqlarını və məhkəmə boyunca susacaqlarını bildiriblər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

Bunlardan digər təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.

15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *