Olland Türkiyə səfərini ləğv etdi
Fransa prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları ilə əlaqədar Antalyada keçiriləcək G-20 sammitinə planlaşdırdığı səfəri ləğv edib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Fransanı zirvə toplantısında ölkənin xarici işlər naziri Loran Fabius təmsil edəcək.
Parisdə törədilən terror aktları nəticəsində, müxtəlif məlumatlara əsasən 45-dən 150-dək nəfər ölüb.
Frnasanın paytaxtında fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, noyabrın 15-16-də Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin”(G 20) sammiti keçiriləcək.
Mənbə:> Oxu.Az