Dmitri Kiselyov Azərbaycana qarşı informasiya müharibəsinin səbəbini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Media

Dmitri Kiselyov Azərbaycana qarşı informasiya müharibəsinin səbəbini açıqladı

Dmitri Kiselyov Azərbaycana qarşı informasiya müharibəsinin səbəbini açıqladı


Azərbaycana qarşı informasiya müharibəsinin səbəbi onun müstəqil və suveren siyasət yeritməsidir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Avropa və Asiya Media Forumunda çıxış edən “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru, tanınmış jurnalist Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, Qərb dairələri tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin və mənfi münasibətin əsas səbəbi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müstəqil siyasət yeritməsidir.

“Azərbaycan günü-gündən inkişaf edir. Onun Avropaya inteqrasiya və NATO-ya qoşulmama siyasəti Qərb tərəfindən qəbul edilmir. Bu gün Azərbaycan əksər Avropa ölkələrindən daha müstəqil və suveren xarici siyasət yürüdür. Baxaq Avropa ölkələrinə, Böyük Britaniyaya...

Bu ölkələr belə demək mümkünsə ABŞ-ın ayaqları altına uzanıblar. Bu ölkələrin xarici siyasətində ABŞ-ın mövqeyi əsas götürülür. Azərbaycan isə bu ölkələrdən fərqli olaraq müstəqil xarici siyasət yürüdür və ona görə də bir çox hallarda Qərbin haqsız təzyiqlərinə məruz qalır”, - deyə Dmitri Kiselyov vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *