Oqtay Əsədov: "Azərbaycan Rusiyaya görə Qərbin təzyiqinə məruz qalıb" » AzNews.info -Xəbər portalı

Oqtay Əsədov: "Azərbaycan Rusiyaya görə Qərbin təzyiqinə məruz qalıb"

Oqtay Əsədov: "Azərbaycan Rusiyaya görə Qərbin təzyiqinə məruz qalıb"

Rusiya Azərbaycanın strateji tərəfdaşıdır.

İnterfax.az bildirir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün bir qrup rusiyalı jurnalistlə görüş zamanı bəyan edib.

“Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb” - deyə spiker qeyd edib.

Onun sözlərinə görə, Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tam başa çatdırıb.

O.Əsədov onu da deyib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələrinin təzyiqinə məruz qalıb6 "Bizə qarşı olan təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması idi. Biz öz siyasətimizi aparmaq istəyirik. Prezidentimiz müstəqil siyasət yürütmək istəyir, çoxları da bunu bəyənmir. Bizə qarşı hücumun da mahiyyəti budur".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *