Böyük Britaniya Rusiyanı ən yüksək səviyyədə olan təhlükəyə aid edir
Rusiyanın beynəlxalq aləmdə təcavüzü artır.
Böyük Britaniya ölkənin milli təhlükəsizliyinin yeni strategiyasında Rusiyanı ən yüksək səviyyədə olan təhlükələr qrupuna aid etmək niyyətindədir.
AzNews.info Times-a istinadən xəbər verir ki, bu qrupa həmçinin Avropaya miqrant axını ilə bağlı yaranan vəziyyət, İŞİD kimi terrorçu qruplaşmaların fəaliyyəti və Ebola virusu daxil ediləcək.
Nəşrin məlumatına görə, belə riskləri analizi Böyük Britaniya höküməti tərəfindən hər beş ildən bir aparılır.
Qəzet hökümətdəki mənbəyə istinadən bildirir ki, ölkə hakimiyyəti belə qərarın səbəbini son beş ildə Rusiyanın beynəlxalq aləmdə təcavüzünün artmasını göstərir.
Xüsusilə, söhbət Ukrayna və Suriyadakı hadisələrdən gedir.
Mənbə:> times