Britaniya Baltik regionuna qoşun göndərir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Britaniya Baltik regionuna qoşun göndərir

Britaniya Baltik regionuna qoşun göndərir


Britaniyanın Müdafiə Nazirliyi Estoniya, Litva və Latviyaya 100-dək əsgəri qüvvə göndəriləcəyini təsdiq edib.

Daha 25 Britaniya hərbçisi Ukraynadakı təlim məşqlərini davam etdirəcək.

Müdafiə naziri Michael Fallon deyib ki, Baltik regionuna göndərilən qoşunlar Ukrayna hüdudundan kənarda Rusiya təcavüzünü çəkindərməli və NATO-nin Şərqi Avropa üzrə üzvlərini əmin etməlidir.

Brüsseldə, NATO-nun iclasında çıxış edən cənab Fallon həmçinin Suriyada hava kampaniyası aparan Rusiyanı strategiyasını dəyişməyə çağırıb.

Ümumiyyətlə, NATO-nun bu görüşündə əsas müzakirə mövzusunun Risiyanın Suriya münaqişəsinə hərbi müdaxiləsi məsələsi olacağı gözlənilirdi.

Britaniyanın Ukraynadakı 19 təlim komandası 8 məşq düşərgəsində Ukrayna Silahlı Qüvvələrinin 1600-dək əsgərini təlimləndirib.

Michael Fallon ötən avqust ayında Ukrayna qoşunlarına təlim keçən Britaniya əsgərlərinə baş çəkib

Bu ilin sonlarınadək daha 2000 Ukrayna əsgərinə təlim keçilməsi planlaşdırılıb.

Təhlilçilər bildirirlər ki, Britaniya hərbiyyəsinin Baltik regionundakı mövcudiyyəti daimi yox, davamlı olacaq.

NATO ölkələri Rusiyanın Ukraynada separatçıları dəstəkləməsini və Suriyadakı bombardman kampaniyasını tənqid ediblər.

Söhbət NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsindən gedir, Dmitri Peskov bildirib.

Rusiya Britaniyanın addımına etiraz edib.

Britaniya kontingentinin Baltikyanı ölkələrə yerləşdirilməsi uydurma bəhanə ilə həyata keçirilir və Rusiya tərəfindən cavabsız qoyulmayacaq, Rusiya prezidentinin mətbuat katibi deyib.

"İddia edilən Rusiya təhlükəsi barədə səsləndirilmiş uydurma bəhanə yəgin ki, sərhədlərimizə doğru NATO-nun daha da genişlənməsi planlarını pərdələyən kamuflyajdır", - Dmitri Peskov jurnalistlərə bildirib.

NATO Rusiya ilə bundan əvvəl bağlanmış sazişləri pozaraq Baltikada yeni bazalar yaratmaq istəmir.

Bununla belə, Britaniyanın Rusiyadakı keçmiş səfiri lord Andrew Wood düşünür ki, Londonun Baltikaya qoşun göndərməsi Vladimir Putin tərəfindən təxribat kimi qiymətləndiriləcək.

Rusiyanın Suriyaya müdaxiləsi məsələsinə gəlincə isə, cənab Fallon deyib ki, Moskva oradakı çox ciddi vəziyyəti daha da təhlükəli edib.

Cənab Fallon Rusiyanı prezident Əsədi gücləndirməkdən çəkinməyə çağırıb.

Britaniya Baltik regionuna qoşun göndərir

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *