Gülənin 35 tərəfdarı tutuldu
Türkiyə polisi mühacirətdə yaşayan dini xadim Fethullah Gülənlə əlaqələri olmaqda şübhəli bilinən 35 nəfəri həbs edib.
Hizmet dini hərəkatının lideri Fethullah Gülən Türkiyə rəsmiləri tərəfindən hökuməti devirməyə cəhd etməkdə, paralel dövlət sistemi qurmaqda ittiham olunur.
Prezident Ərdoğan Gülən tərəfdarlarını "dövlət içində dövlət" yaratmaqda ittiham edib.
Türkiyə mediasının bildirdiyinə görə, həbs olunanlar arasında yüksək rütbəli məmurlar və polis zabitləri də var.
Vaxtilə Fetullah Gülən prezident Rəcəp Tayyip Ərdoğanın müttəfiqi olub.
Lakin sonradan onların münasibətləri pozulub və nəticədə, Gülən hazırda ABŞ-da mühacirətdə yaşayır.
Türkiyə məhkəməsi 2014-ci ildə Gülənin həbsinə qərar verərək onu "terrorçu silahlı qruplar" yaradaraq idarə etməkdə ittiham etmişdi.
Bu ittihamı Gülənin özü qətiyyətlə rədd edir.
Mənbə:> Qafqazinfo.az