Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri açıqlandı
Türkiyədə keçirilən erkən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.
Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.
Xatırladaq ki, 7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.
Mənbə:> APA