Almanlarla çexlər sərhədlərin bağlanmasını tələb edir
Miqrantların çex və alman əleyhdarları noyabrın 8-də Bavariyanın Şirndinq şəhərində iki ölkə arasında sərhədlərin tam bağlanması üçün nümayişə çıxmağa hazırlaşırlar.
Onların fikrincə, sərhəd yoxlamalarının bərpası Avropa İttifaqı ərazisinə miqrantların nəzarətsiz axını şəraitində düzgün qərardır. Alman sosial-demokratlar isə bu fikri pisləyiblər. Onlar hesab edirlər ki, vaxtilə “dəmir pərdə” olan yerdə sərhədlərin bağlanması əvvəlki nəsillərin azadlıq haqqında arzularını pozmaq deməkdir.
Alman sosial-demokratları həmçinin vurğulayıblar ki, sərhədlərin yenilənməsini dəstəkləmək məqsədilə keçiriləcək nümayiş çexlər və almanlar arasındakı səmimi münasibətləri pozmaq cəhdidir.
Oxşar nümayiş oktyabr ayının əvvəlində Zebnits şəhərində olub. Həmin vaxt nümayişdə miqrantların gəlməsinə qarşı və “canlı sərhəd” yaratmaq üçün 2500-dən çox adam iştirak edib. Onların arasında çexlər də var idi.
Mənbə:> Virtualaz.org