Almaniya Avstriyadan gələn qatarların hərəkətini dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Almaniya Avstriyadan gələn qatarların hərəkətini dayandırdı

Almaniya Avstriyadan gələn qatarların hərəkətini dayandırdı


Almaniya rəhbərliyi Avstriyadan gələn qatarların hərəkətini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters-ə Avstriya federal dəmir yollarının nümayəndəsi bildirib.

Qeyd olunur ki, əks yolda dəmir yolu nəqliyyatının hərəkəti ilə bağlı vəziyyət qaranlıq olaraq qalır.

Bild alman tabloidi yazır ki, Avstriyadan Almaniyaya qatarların hərəkəti sentyabrın 13-də Bakı vaxtı ilə saat 19:00-dan etibarən bir sutkalıq dayandırılıb.

Belə bir qərar miqrantların kütləvi axını fonunda qəbul olunub.

Nəşrin məlumatına görə, hazırda 2 min qaçqının olduğu Railjets qatarı Almaniyaya hərəkət edir.

Qatarın sərhəddən buraxılıb-buraxılmayacağı dəqiqləşdirilmir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *