Bakıdan Gəncəyə ikimərtəbəli qatarlarla
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Xarkov, Bakı-Rostov beynəlxalq istiqamətləri üzrə sərnişinlərə xidmət göstərir.
Bununla yanaşı, yerli istiqamətlərdə Bakı-Qazax, Bakı-Balakən, Bakı-Horadiz, Bakı-Böyükkəsik, eləcə də gündüz Bakı-Gəncə istiqamətində hərəkət edən elektrik qatarı fəaliyyətdədir.
Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
N.Əzməmmədovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” gələcəkdə ikimərtəbəli qatarların Bakı-Gəncə istiqamətində hərəkət edən reyslər üçün də alınmasını planlaşdırır:
“Bu qatarlar Bakı-Sumqayıt istiqaməti üzrə alınan ikimərtəbəli qatarların eynisi olacaq” - deyə, mətbuat xidmətinin rəhbəri qeyd edib.
Mənbə:> Oxu.Az