İkimərtəbəli Bakı-Sumqayıt qatarı üçün bələdçilər işə götürüləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İkimərtəbəli Bakı-Sumqayıt qatarı üçün bələdçilər işə götürüləcək

İkimərtəbəli Bakı-Sumqayıt qatarı üçün bələdçilər işə götürüləcək


2015-ci ilin sentyabr ayından Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə istifadəyə verilməsi nəzərdə tutulan yeni, ikimərtəbəli qatarlarda sərnişinlərə xidmət etmək məqəsdilə bələdçilər axtarılacaq.

Oxu.Az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hər vaqonda iki nəfər belə bələdçinin olması nəzərdə tutulub:

“Biz çalışacağıq ki, bələdçilər müasir, ingilis, rus dillərində səlist bilənlər olsun ki, sərnişinlər qatarlardan istifadə edərkən çətinlik çəkməsinlər”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının cümə axşamı növbəti iclası keçirilib.

İclasda qərara alınıb ki, yeni qatar bu il sentyabrın 15-dək istismara verilsin.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *