İkimərtəbəli elektrik qatarlarında gediş tarifləri artırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İkimərtəbəli elektrik qatarlarında gediş tarifləri artırılacaq

İkimərtəbəli elektrik qatarlarında gediş tarifləri artırılacaq


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Tarif Şurasına yeni ikimərtəbəli elektrik qatarlarında gediş haqqını artırmağa dair müraciət etməyi planlayır.

Fineko/abc.az-a QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bəyan edib ki, hal-hazırda Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı 0,30 manatdır, Oxu.Az xəbər verir.

“Stadler Minsk zavodunda ADY üçün istehsal edilən KISS markalı elektrik qatarlarının istismara verilməsi ilə əlaqədar QSC layihənin ödənilməsinin təmin edilməsi üçün Tarif Şurasına müraciət etmək qərarına gəlib”, - Əzməmmədov deyib.

Onun sözlərinə görə, hal-hazırda “Azərbaycan Dəmir Yolları” şəhər ətrafı qovşaq üçün yeni gediş haqqını, eləcə də Tarif Şurasına gediş haqqının artırılması üçün müraciət zamanını müəyyənləşdirir.

Hal-hazırda ikimərtəbəli elektrik qatarları Avropa Oyunlarına gələn qonaqlara “Koroğlu” metrostansiyasından (Olimpiya stadionu) Bakı dəmiryol vağzalı (“28 may” metrostansiyası) istiqamətində xidmət göstərir. İlin sonuna qədər qatarlar hal-hazırda modernləşdirilən Bakı-Sumqayıt xəttinə buraxılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *