Yeni ikimərtəbəli qatarlarla regionlara da getmək mümkün olacaq – VİDEO
Müasir ikimərtəbəli elektrik qatarları Bakı Dəmiryol Vağzalında başlayaraq üzü - “Koroğlu” metro stansiyasına qədər hərəkət edəcək. Daha sonra elektrik qatarının Xırdalan şəhəri, eləcə də Keşlə və Biləcəri qəsəbələrindən keçməklə Sumqayıt istiqamətdə hərəkət etməsi nəzərdə tutulur.
Paytaxta gətirilən yeni ikimərtəbəli elektrik qatarlarını artıq Bakı Dəmiryol Vağzalında görmək mümkündür.
“Kiss” markalı elektrik qatarı bir neçə gündən sonra Bakıxanov qəsəbəsi ərazisinə qədər hərəkət edəcək. Ancaq yaxın gələcəkdə qatarlar Sumqayıt şəhərinə qədər hərəkət edəcək. Sərnişinlər isə cəmi 40 dəqiqədən sonra mənzil başına çatacaq.
Qatarın vaqonlarının hər birində 396 oturacaq var. Burda əlillər üçün də xüsusi yerlər ayrılıb. Təhülkəsizlik məqsədilə hər bir vaqonun içərisinə müşahidə kameraları quraşdırlıb. Lazım gəldikdə isə vaqondan maşinistlə əlaqə saxlamaq mümkündür. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir oturacağın qarşısında monitorlar da quraşdırlıb.
İkimərtəbili qatarda 4 vaqon var. Bu vaqonlarda oturacaqları ümumilikdə sayı 919 nəfər üçün nəzərdə tutulub. Bunlardan 84-dü isə biznes klass sinifinə aiddir. Gələcəkdə isə bu vaqonlarda “Wi-Fi” sistemin qurulması planlaşdırılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirir ki, gələcəkdə sözügedən qatarlar Gəncə istiqamətinə hərəkət edə biləcək.
Hələliksə, işə düşəcək Bakı-Sumqayıt Bakı dairəvi dəmir yolu sayəsində bu istiqamətdəki avtomobil yolunda nəqliyyat sıxlığını nisbətən aradan qaldırmaq mümkün olacaq:
“Sərnişinlər Sumqayıt qatarına minərək birbaşa Bakı Şərnişin Stansiyasına daxil olacaq. Daxil olduqdan sonra üzü “28 May”metro stansiyası istiqamətində hərəkət edəcəklər. Bu surətli bir yol olacaq. Yəni sərnişinlər bu yolldan istifadə etməklə daha rahat bir şəkildə mənzil başına çata biləcəklər. Hazırda iki ədəd qatar Bakıya gətirilib. İlin sonuna kimi daha 3 əddə qatar da gətiriləcək”.
Qurum rəsmisi onu da bildirdi ki, iki yeni elektrik qatarı da paytaxtda gətiriləcək. Buna görə də artıq Bakı Dəmiryol Vağzalında yeni peronlar inşa edilir.
Biletlərin qiyməti isə hələlik məlum deyil.
Mənbə:> ANSPRESS