“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir


Birinci Avropa Oyunları zamanı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Oxu.Az-a bu barədə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları vağzallarda, stansiyalarda, körpülərdə, keçidlərdə, Bakı qovşağı ərazisində hərəkət edən yük və sərnişin qatarlarında mühafizə sistemini gücləndirəcək.

Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilərlə sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı təlimatlar aparılıb.

Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatlar azərbaycan, rus və ingilis dillərində səsləndiriləcəkdir.

Eyni zamanda, Bakı sərnişin stansiyasının rəsmi nümayəndələr zalında daimi ingilis və rus dillərində tərcüməçilər olacaq.

Bundan əlavə, Bakı sərnişin stansiyasından Koroğlu dayanacağına (metronun eyniadlı stansiyasının yanı) kimi yeni alınmış ikimərtəbəli elektrik qatarları işləyəcək.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *