Minlərlə alman müsəlmanlara qarşı etiraz edir
Bazar ertəsi axşam minlərlə insan “Avropalı vətənpərvərlər köhnə dünyanın islamlaşdırılmasına qarşıdır” (PEGİDA) anti-islam hərəkatının Drezden, Leyptsiq və Hemnitsdə təşkil etdiyi nümayişlərdə iştirak ediblər, tass.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bəzi məlumatlara əsasən, yalnız Drezdendə PEGİDA aksiyasına 12 min adam toplaşıb. Eyni zamanda anti-islam hərəkatının rəqibləri küçəyə yalnız 1,3 min adam çıxartmağa müvəffəq olublar.
Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Saksoniya administrativ mərkəzdə PEGİDA marşından fərqli olaraq keçən həftə asayiş pozuntusu qeyd olunmayıb, vəziyyət sakit olub.
Bu dəfə toqquşmalar Leyptsiqdə olub, PEGİDA və yaxud da LEGİDA adlandırılan Leyptsiq filialının düşərgəsinin tərəfdaşlarından iki nəfər xəsarət alıb.
Keçən həftə oktyabrın 19-da Drezdendə nümayişə çıxan qruplar arasında baş verən toqquşma zamanı bir neçə adam, o cümlədən də müxbirlər xəsarət alıb. Daşdan istifadə olunub, pirotexniki vasitələr işə salınıb, hətta polislərə hücumlar da olub.
Keçən bazar günü Frayberqdə 200-ə yaxın polis şəhərə qatarla gələn və Drezden, Leyptsiqdə ilkin yerləşdirmə mərkəzlərinə yola düşmək üçün avtobuslara oturmalı olan 700 qaçqının təhlükəsizliyini təmin etməli olub.
Mənbə:> Oxu.Az