Azərbaycan “Rio-2016”ya daha bir lisenziya qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan “Rio-2016”ya daha bir lisenziya qazandı

Azərbaycan “Rio-2016”ya daha bir lisenziya qazandı


Azərbaycan gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Oxu.Az xəbər verir ki, Qətərin paytaxtı Dohada təşkil olunana atletika üzrə dünya çempionatında uzunluğa tullanma yarışlarında mübarizə aparan Elçin Muradov 6,27 metrlik nəticə ilə ikinci olub. Atletimiz mundialın gümüş medalını qazanmaqla yanaşı, “Rio-2016” Paralimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Elçin Muradovdan əvvəl cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *