Marina Durunda Olimpiadaya lisenziya qazandı
Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə Dünya çempionatında fərdi çıxışlar sona çatıb.
Oxu.Az xəbər verir ki, cümə günü müxtəlif yarışlar üzrə medallar uğrunda mübarizə aparılıb. Azərbaycanlı gimnast 71,399 xal toplayaraq 6-cı yeri tutub.
Dünya çempionu adını rusiyalı idmançı Yana Kudryavtseva qazanıb. 2-ci yeri onun komanda yoldaşı Marqarita Mamun tutub.
Bürünc medal belarus gimnast Melitina Stanyutadadır.
6-cı yeri tutan Marina Durunda ölkəmiz üçün Olimpiadaya lisenziya qazanıb.
Bu gün Rioda keçiriləcək Olimpiada-2016-ya lisenziyanı qrup komandamız qazanmağa çalışacaq. Bunun üçün ilk səkkizliyə düşmək lazımdır.
Mənbə:> Oxu.Az