Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı


Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.

Kişilər arasında dairəvi səngər stend atıcılığı üzrə keçirilən yarışlarda 108 idmançı mükafat uğrunda mübarizə aparıb. İkiqat olimpiya çempionu Vincent Hankok (ABŞ) birinci, Sebastian Kuntşik (Avstiya) ikinci, Qabriele Rossetti (İtaliya) üçüncü yeri tutub. İlk iki yeri tutan idmançılar gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. İdmançılara medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber təqdim edib.

Olimpiya və dünya çempionlarının iştirak etdiyi bu yarışda Azərbaycanı təmsil edən Emin Cəfərov 28-ci, Niyaz Ağazadə 64-cü, Paşa Əhədpur 88-ci yeri tutub. Dünya kuboku yarışlarında Olimpiya Oyunları zamanı medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdır. Burada elə idmançılar var ki, 3 və ya 4 dəfə Olimpiya çempionu olublar. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-dək ölkədən 2 minə yaxın idmançı iştirak edir. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparırlar. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Xatırladaq ki, avqustun 10-da qadınlar arasında tapançadan 10 və 25 metr məsafəyə, kişilər arasında isə 50 metr məsafəyə atəş açma yarışları keçiriləcək. Yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edəcəklər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *