Bakı 2015: Üç atıcımız yarışla vidalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Bakı 2015: Üç atıcımız yarışla vidalaşdı – YENİLƏNİB

Bakı 2015: Üç atıcımız yarışla vidalaşdı


Bu gün Bakı-2015 I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışları keçirilir.

AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, qadınlar 25, kişilər 50 metr məsafədən tapança ilə atəş açmaq da qüvvələrini sınayır.

Dairəvi stend atıcıları da bu gün mübarizəyə start verib. Azərbaycan snayperləri təsnifat mərhələlərində qüvvəsini sınayıb.

Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları başa çatıb. Bu mərhələdə ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 31 idmançı arasında 24-cü olan atıcımız final mərhələsinə yüksələ bilməyərək, mübarizəni dayandırıb.

25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi başa çatıb. 2-ci – sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova da qüvvəsini sınayıb. 576 xal yığan idmançımız 15-ci yeri tutub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə yüksələ bilməyib. Belə ki, yalnız ilk 8 yeri tutan snayperlər mərhələ adlayıb.

Eyni vaxtda başlayan kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçib. Yarımfinala vəsiqə uğrunda mübarizə aparan Emin Cəfərovla Paşa Əhədpur təsnifat mərhələsinin 1-ci günündə qüvvəsini sınayıb. 70 xal toplayan Cəfərov 30 idmançı arasında 25-ci olubsa, Əhədpur 68 xalla 27-ci yerlə kifayətlənib. Onlar sabah mərhələnin 2-ci günündə də çıxış edəcək.

Qadınların stend yarışındakı təmsilçimiz Nurlana Cəfərova təsnifat mərhələsində 65 xal toplayıb. O, 19 idmançı arasında 18-ci olub. Bununla da yarımfinaal yüksələ bilməyən atıcımız mübarizəni dayandırıb.

Qeyd edək ki, qadınlar dairəvi stend və 25 metrdən tapança ilə atəş açmaqda, kişilər isə 50 metrdən tapança ilə atəş açmaqda mükafatçıları da bugünkü finallarda müəyyənləşdirəcək.

12:29

Qadınlar arasında 25 metrdən tapança ilə atəş üzrə yarışların yarımfinalçıları müəyyənləşib.

Oxu.Az xəbər verir ki, finala 8 idmançı çıxıb. Onlar Rusiya, Ukrayna, Avstriya, Bolqarıstan, Almaniya, İspaniya və İsveçrəni təmsil edirlər.

Azərbaycan atıcısı İradə Aşumova yarışlarda 15-ci olub.

Kişilər arasında 50 metrdən tapança ilə atəş təsnifat mərhələsində Rəsul Məmmədov, kişilər arasında dairəvi stend təsnifat mərhələsində Paşa Xangah Anadpur və Emin Cəfərov, qadınlar arasında dairəvi stend təsnifat mərhələsində Nurlana Cəfərova yarışacaqlar.

09:11

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində atıcılıq üzrə yarışlar başlayıb.

Oxu.Az xəbər verir ki, yarışlar çərçivəsində kişilər arasında 50 metrdən tapança ilə atəş, qadınlar arasında 25 metrdən tapança ilə atəş və qadınlar arasında dairəvi stend üzrə 3 dəst medal oynanılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *