Bakı-2015: Millimiz 3-cü pillədə » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Bakı-2015: Millimiz 3-cü pillədə – YENİLƏNİB

Bakı-2015: Millimiz 3-cü pillədə


Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlara start verilib.

AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə həm kişi, həm qadın idmançıların fərdi çoxnövçülükdə təsnifat yarışları keçirilir.

Azarkeşlər komanda yarışlarına da şahidlik edir.

Qadınların fərdi yarışında ilk iki hərəkətin nəticələrinə əsasən rusiyalı Aliyə Mustafina liderliyi ələ alıb – 30,333 xal. Azərbaycan təmsilçilərindən Marina Nekrasova 24,666, Yuliya İnşina 23,266, Kristina Pravdina 22,932 xal toplayıb. Hələlik iki hərəkətdə çıxış edən 37 idmançı arasında Marina 18-ci, Yuliya 29-cu, Kristina 30-cu pillədə qərarlaşıb.

Komanda hesabında isə 49,098 xala malik yığmamız hələlik 7-ci yerdədi.

Kişilərin mübarizəsində 3 hərəkətdən sonra ukraynalı Oleq Vernyayev liderliyə yüksəlib. Onun hesabında 15,000 xal var. Rusiyalı David Belyavski 44,000 xalla 2-ci, Azərbaycanıi təmsil edən Oleq Stepko 43,899 xalla 3-cü pillədədi. Eldar Səfərov 33,632 xalla 44-cü, Petro Paknyuk 29,466 xalla 45-cidi.

Hesabında 86,098 xal olan yığmamız komanda hesabında hələlik 3-cüdü.

13:18

Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar davam edir.

Oxu.Az-ın məlumatına görə, gimnastlar həm fərdi, həm də komanda hesabında mübarizə aparırlar.

Təsnifat mərhələsində qadınlar 8, kişilər isə 5 qrupda qüvvələrini sınayırlar.

Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edirlər. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina mübarizə aparırlar.

Kişilərin mübarizəsində isə idmançılarımız 3-cü qrupda yarışırlar. Burada ölkəmizi Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyuk təmsil edirlər.

10:20

“Bakı-2015” birinci Avropa Oyunlarının üçüncü günündə idman gimnastikası üzrə kişilər arasında çoxnövçülük yarışlarına start verilib.

Oxu.Az xəbər verir ki, yarışlarda 190 idmançı birincilik uğrunda mübarizə aparır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *