Bakı 2015: Gimnastlarımız mübarizəni dayandırdı – YENİLƏNİB
Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar keçirilib.
AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, kişi və qadın gimnastlar sinxron hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıblar.
Yarışlarda ümumilikdə 21 cütlük mübarizə aparıb. Azərbaycan yığması həm kişilərin, həm qadınların mübarizəsində təmsil olunub.
İlya Qrişunin və Oleq Pyunovdan ibarət cütlük kişilərin mübarizəsində çıxış edib. Burada 11 komanda mübarizə aparıb. Nəticədə 54,400 xal toplayan komandamız 9-cu yerdə qərarlaşıb və final mərhələsinə vəsiqə qazana bilməyib.
Qadınların yarışında isə 10 cütlük çıxış edib. Ölkəmizi Svetlana Makştarova və Səbina Zaytseva təmsil edib. Millimiz 10 komanda arasında 9-cu yeri tutaraq, mübarizəni dayandırıb.
14:56
Azərbaycanın qadınlardan ibarət triosu I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarında yarışları 82,310 xal ilə 5-ci yerdə başa vurub.
Oxu.Az xəbər verir ki, akrobatika gimnastikası üzrə çoxnövçülük yarışları isə davam edir.
Ölkəmizi təmsil edən Anatoli Leonov və Ulyana Dyakova çıxış edib.
77, 430 xal toplayan həmyerlilərimiz birinci pilləyə yüksəlib.
Yarışlar davam edir.
11:31
Avropa Oyunlarının 8-ci günü Milli Gimnastika Arenasında bədii gimnastika yarışları keçirilir.
Oxu.Az yarış cədvəlini təqdim edir:
10:00 Fərdi Həlqə Təsnifat
10:00 Fərdi Top Təsnifat
10:00 Fərdi Gürzlər Təsnifat
10:00 Fərdi Lent Təsnifat
10:00 Fərdi Çoxnövçülük Final
12:40 Fərdi Həlqə Təsnifat
12:40 Fərdi Top Təsnifat
12:40 Fərdi Gürzlər Təsnifat
12:40 Fərdi Lent Təsnifat
12:40 Fərdi Çoxnövçülük Final
Mənbə:> Apasport.az