I Avropa Oyunlarında kamandan oxatma yarışları başladı
“Bakı 2015” ilk Avropa Oyunlarında kamandan oxatma yarışları start götürüb.
Oxu.Az xəbər verir ki, 7 gün davam edəcək yarışların sonunda idmançılara 5 medal dəsti təqdim olunacaq.
Kişilər arasında fərdi yarışlarda Azərbaycanı Aleksey Kopnin, Roman Vengerov və Taras Senyuk təmsil edirlər.
Qadınlar arasında fərdi və komanda çoxnövçülük reytinq mərhələləri 14:00-da başlanacaq.
Ölkəmizi bu yarışlarda Yaylagül Ramazanova, Nurlana Vəliyeva və Olqa Senyuk təmsil edirlər.
Mənbə:> Oxu.Az