“Rio-2016”ya ikinci lisenziyanı qazandıq
Azərbaycan yığmasının yüngül atleti Dmitri Marşin Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak üçün lisenziya qazanıb.
ANS PRESS-in məlumatına görə, “Ümid” yığma komandasının təmsilçisi çəkic tullama üzrə 78,52 metr nəticə göstərib. Bu, Azərbaycan idmançıları üçün ikinci lisenziyadır.
Birinci lisenziyanı isə “Baku Fires” boks klubunun üzvü Albert Səlimov qazanıb. O, apreldə keçirdiyi döyüşdə WSB Liqasının reytinqində 60 kq çəkidə birinci pilləni təmin edib. Bununla da milliləşdirilən boksçu 2016-cı ildə Braziliyada təşkil olunan olimpiadaya lisenziya qazanan ilk idmançımız olub.
Mənbə:> ANSPRESS