“Baku Fires” ABŞ klubunu darmadağın etdi
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 12-ci turunda "Baku Fires” ABŞ-ın "Knockouts” klubu ilə qarşılaşdı.
ANS PRESS-in məlumatına görə,ilk görüşdə rəqibinə səfərdə 1:4 uduzan rinq ustalarımız, doğma divarlar arasında məğlubiyyətin əvəzini çıxmağa çalışdılar. Adı çəkilən döyüşə qədər Azərbaycan təmsilçisi yarış cədvəlində 23 xalla 2-ci, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturdular.
Nəticəyə gəldikdə, yüksək döyüş nümayiş etdirən "Baku Fires” tam üstünlüklə qalib gəldi, növbəti mərhələyə vəsiqəni özünə təmin etdi. Bu qələbədən sonra komandamıh hesabına daha 3 xal yazdı (41:20) və 2-ci pillədə yerini qorudu.
"Baku Fires” – USA "Knockouts” 5:0
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas
60 kq. Albert Səlimov – Karlos Balderas
69 kq. Pərviz Bağırov – Brayan Keballo
81 kq. Mixail Dalqalivets – Stiv Nelson
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome +:-
Bu həftə "B” qrupunda "Puerto Rico Hurricanes” doğma rinqdə "Astana Arlans”ı qəbul edəcək. "Argentina Condors” "Caciques Venezuela” klubu ilə qarşılaşacaq. "Rafako Hussars Poland” isə səfərdə "İtalia Thunder”in qonağı olacaq.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə isə 2 rinq ustası «dördilliy»ə lisenziyaya sahib çıxacaq.
Mənbə:> ANSPRESS