Ankara terrorunu törədənin adı açıqlandı
Ankarada baş verən terror aktını törədənlərdən biri iyulun 20-də Şanlıurfa əyalətində partlayış törədən, İŞİD-lə əlaqəsi olan terrorçu-kamikadzeninin qardaşı Yunus Emre Alagözdur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Baş prokurorluğunun məlumatında bildirilir.
“Müəyyən edilib ki, terrorçu-kamikadzelərdən biri Yunus Emre Alagözdur. Digər terrorçu-kamikadzenin kimliyi müəyyənləşdirilir. Onun qonşu dövlətlərdən birindən Türkiyə ərazisinə keçdiyi artıq məlumdur”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az