İranın hərbi gəmiləri Bakıya tərəf üzür
İran Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının üç hərbi gəmisi bazar günü Rusiyanın Həştərxan limanına yoldaşlıq səfərinə yola düşüblər.
Bu barədə İranın Mehr agentliyi məlumat yayıb, Oxu.Az xəbər verir.
Bildirilir ki, İranın şimalında Bəndər-Ənzəli şəhərindən çıxan "Dəmavənd" esminesi, "Cuşan" və "Peykan" adlı iki raket kateri bu gün Həştərxana yola düşüblər.
Eksadranın komandiri Əhməd Reza Bakeri Fars agentliyinə bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış olub.
"Həştərxandan sonra esakdra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra qeydiyyat limanına geri dönəcək", - deyə, o bildirib.
O da qeyd olunur ki, İranın hərbi gəmilərinin bu səfəri Xəzərdə təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib.
Mənbə:> Oxu.Az