Braziliya polisi prezidentə qarşı ilkin istintaqa başladı
Braziliyanın cari prezidenti Dilma Rousseffin seçkiqabağı kampaniyasında yol verilmiş mümkün qayda pozuntularına dair ilkin istintaq işi başlanılıb, ölkənin federal polisi məlumat yayıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, polisin bəyanatına istinadən araşdırma oktyabrın 7-dən - Ali seçki məhkəməsinin müvafiq qərarından sonra başlayıb.
Söhbət cari prezident və vitse-prezident Mişel Temerin seçkiqabağı kampaniyada neft nəhəngi Petrobrasdan fırıldaqçı sxem ilə alınmış vəsaitin istifadə edilməsinə dair araşdırmadan gedir.
İttihamlar təsdiqləndiyi təqdirdə, Rousseff buraxılmış qayda pozuntularına görə prezident mandatından məhrum ola bilər.
Braziliyanın siyasi müxalifət partiyaları sentyabrda konqresə Rousseffin istefasını və onun vergi qanunvericiliyinin normalarının pozulması, eləcə də keçən il yenidən prezident seçilərkən dövlət vəsaitinin öz seçkiqabağı kampaniyasında istifadə etməkdə şübhəli bilinməsi üzrə istintaqın aparılmasına dair tələb təqdim ediblər.
Mənbə:> Oxu.Az